"Avtomobillərin sığortası" xidməti üzrə AccessBankın elan etdiyi tenderin nəticələri məlum olub.
FED.az xəbər verir ki, tenderin nəticələrinə əsasən banka məxsus olan avtonəqliyyat vasitələrinin könüllü və icbari sığortası Meqa Sığorta şirkəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.