2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası üzrə toplanan sığorta haqlarının azalmasına səbəb olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində könüllü həyat sığortaları üzrə cəmi 38 milyon 517 min manatlıq sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24 milyon 791 min manat və ya 39,2% azdır. 2018-ci ilin yanvar-mart aylarında könüllü həyat sığortaları üzrə 63 milyon 308 min manat sığorta haqları toplanmışdı.
Eləcə də bax: Orxan İsmayılov: "Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib"
İşçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortası üzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi könüllü həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 3 ayı ərzində həyatın yaşam sığortası üzrə 29 milyon 55 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 3 ayında bu məbləğ 50 milyon 12 min manat idi (20 milyon 957 min manatlıq və ya 42% azalma).
Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 12 milyon 746 min manatdan 8 milyon 696 min manata düşüb.
2019-cu ilin yanvar-mart aylarında
©Marja