Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına dövlət əyar damğasının vurulması sahəsində xidmət Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.
Agentliyin təqdim etdiyi xidmətlər siyahısına malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi və standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi də daxil edilib.












