Azərbaycanın qurudakı “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun operatoru olan Kanadanın “Zenith Energy” şirkəti 2019-cu ilin sonunadək neft hasilatını sutkada 1 000 barelədək artırmaq niyyətindədir.
ELƏCƏ DƏ BAX : SOCAR neftin hasilatını saxlamağa - NAİL OLUB
FED.az xəbər verir ki, bunu şirkətin baş direktoru Andrea Kattaneo deyib.
O bildirib ki, hasilat 700 barel artsa və ilin sonunadək sutkada 1 000 barelə çatsa, bu, böyük mənfəət gətirəcək: “İstehsalın artması böyük xərclər tələb etməyəcək”.
“Cəfərli” yatağındakı S-37 quyusunda aparılan işlərdən danışan A.Kattaneo deyib ki, bu işlər quyunun dərinləşdirilməsi ilə yanaşı, S-22 quyusundakı hasilat həcminə (sutkada 700 barel və daha çox) çatmağa imkan verəcək:
“S-37 quyusunda dərinləşdirməni başa çatdırandan sonra S-30 quyusuna keçəcəyik. Daha sonra SOCAR-la birgə biz ZEN-1 quyusu üçün dəqiq yer seçəcəyik. Buna S-37 və S-30 quyularındakı qazma işlər mühüm təsir göstərəcək”.