Maraqlı hərəkətləri ilə gündəmi zəbt edən və bu dəfə şaurma ilə şelfi çəkdirən Ukrayna prezidenti Vladimir Zelenski siyasətçilərə bu yeməkdən yeməyi məsləhət görüb.
Fotonu Zelenski öz İnstagram səhifəsində yerləşdirib.
SOCAR yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən kafedən aldığı şaurmanı iştahla yeyən prezident qeyd edib ki, gərgin qrafiklə işləyəndə şaurma çıxış yolu ola bilər.
“Burada qorxulu və utancverici heç bir şey yoxdur”, – o fotoya şərhdə yazıb.
Prezident hesab edir ki, bu insanlara kömək edir.
“Və həmçinin insanlardan ayrı düşməməyə kömək edir. Hakimiyyətdə olanlar üçün bu faydalıdır. Məsləhət görürəm!”, – Zelenski yekunlaşdırıb.