“Akkord”a yaxın şirkət olan “Akkord Mərmər Qranit” MMC-nin dövlətə vergi borcuna görə, alınmış əmlakın açıq hərracda satılması tələbinə dair müraciət edilmişdi.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı müraciəti Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti edib.
Eləcə də bax: Bakıda “City Park”ın yarım milyonluq vergi borcuna görə əmlakı - SATIŞA ÇIXARILIR
Qeyd edək ki, öncəki bu tip xəbərdə də “Park City Yaşayış Kompleksi”nin tikintisini həyata keçirən “Park City” MMC yarım milyonluq əmlakının vergi borcuna görə satışa çıxarılacağını xəbər vermişdik.Bakı Kommersiya Məhkəməsində baxılarkən, məlum olub ki, məhkəməyə verilən “Akkord Mərmər Qranit” MMC artıq bu vergi borcunu ödəyib. Ona görə də adıçəkilən şirkətin nümayəndəsi, iş üzrə xitam verilməsini xahiş edib.