Rusiya-Ukrayna müharibəsi başlayandan və Avropada hərbi gərginlik artandan sonra dünyada silah ticarəti kəskin böyüyüb.
Azərbaycanda özəl şirkətlər - DRON İSTEHSAL EDİR
FED.az xəbər verir ki, son 10 ildə dünyada silah satışları 26% və ya 140 milyard dollar artıb. Özü də bu hələ rəsmi şəkildə alınıb satılan silahlardır – qeyri-rəsmi satış, yəni silahların «qara bazarı» daha böyükdür.
Azərbaycan hansı ölkələrdən silah alır? - SİYAHI
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) ənənəvi olaraq dünyanın ən byöük silah istehsalçılarını və ölkələrini açıqlayıb. "2024-cü ildə 100 ən böyük silah və hərbi xidmət şirkəti" hesabatında ən böyük silah istehsalçılarının 2024-cü il üçün gəlirləri hesablanıb. Məlum olub ki, 2024-cü ildə qlobal silah istehsalçılarının gəlirləri yeni rekord həddə çatıb — ən yaxşı 100 şirkət ümumilikdə 679 milyard dollar qazanıb. Silah satışından əldə edilən gəlirin yarısı Amerika şirkətlərinin payına dyüşür.
Zəfər Paradında hansı silahlar, texnika və aviasiya vasitələri göstərildi? - FOTOLAR
Dünyanın ən böyük 100 silah istehsalçısının ümumi gəliri 2024-cü ildə 5,9% artaraq 679 milyard dollarlıq yeni rekord səviyyəyə çatıb. Ümumilikdə son on ildə, 2015-ci ildən 2024-cü ilə qədər bu rəqəm 26% artıb.
Analitiklər bu artımı Avropa və ABŞ-dakı şirkətlərin silah satışından əldə etdiyi gəlirlərin artması ilə əlaqələndirirlər. Ümumilikdə, Asiya və Okeaniya istisna olmaqla, bütün regionlarda artım müşahidə olunub və burada, əsasən Çin silah şirkətlərinin ümumi gəlirlərinin azalması səbəbindən, cüzi azalma qeydə alınıb.
2024-cü ildə hərbi texnikaya tələbatın artması, ilk növbədə, geosiyasi gərginliyin artması ilə əlaqədardır. Siyasi gərginlik isə silah şirkətlərinin «əlinə işləyib» - dünyadakı 100 əsas silah şirkətinin 77-sinin gəlirləri artıb. 2 şirkətin gəlirləri isə ümumiyyətlə ikiqat artıb: Çexiya istehsalçısı «Czechoslovak Group»un gəlirləri ümumiyyətlə 3 dəfə artıb - 193% (dünyada 46-cı yerdədir) və Amerikanın «SpaceX» şirkətinin gəlirləri 103% artıb və indi dünyada 77-ci yerdədir.
2024-cü ildə ən böyük 100 silah şirkətindən 39-u ABŞ şirkətləri olub, onlar gəlirlərini 3,8% artıraraq 334 milyard dollarlıq silah çatıblar. Bu, dünyadakı ümumi satışın 49%-ni təşkil edir.
Dünyadakı ən böyük 5 silah şirkətinin 5-i ABŞ şirkətidir: «Lockheed Martin», «RTX», «Northrop Grumman» və «General Dynamics». «General Dynamics» şirkəti modernləşdirmə proqramı və nüvə sualtı qayıqlarının inşası sayəsində gəlirlərini 8,1% artırıb.
Dünyanın ən böyük istehsalçısı olan Lockheed Martin, 2020-ci ildən bəri ilk dəfə olaraq 2024-cü ildə gəlir artımı qeydə aldı - 3,2% artaraq 64,7 milyard dollara çatdı. Bu, F-35 qırıcı təyyarələrinin tədarükü ilə əlaqədardır.
Qlobal silah satışından əldə edilən gəlirin 22%-i 26 Avropa şirkətindən gəlir və onların gəliri 2024-cü ildə 13% artaraq 151 milyard dollara çatıb. Yeddi şirkət Böyük Britaniyada yerləşir və gəliri 6,6% artaraq 52,2 milyard dollara (ümumi gəlirin 7,7%-i) çatıb. Korporasiyalardan biri olan BAE Systems dünyanın dördüncü ən böyük istehsalçısı olub.
Dörd Fransa şirkəti 2024-cü ildə 2023-cü illə müqayisədə 12% daha çox qazanc əldə edərək 26,1 milyard dollara çatıb. Almaniyanın 4 şirkətinin gəliri isə 36% artaraq 14,9 milyard dollara çatıb.
Siyahıda rekord 193% artım göstərən yeganə Çex şirkəti 3,6 milyard dollar qazanıb. Buna Ukrayna müharibəsi səbəb olub. Belə ki, Ölkə hökuməti 2024-cü ildə Ukrayna üçün artilleriya mərmiləri almaq üçün «Çexiya Sursat Təşəbbüsü»nə (CAI) başlayıb və silahları bu şirkətdən alır.
Hesabatda Rusiyanın yalnız iki şirkəti var: «Rostex» və (7-ci yer) və «United Shipbuilding Corporation» (41-ci yer). Əslində hesabat müəllifləri hesab edir ki, Rusiyanın silah şirkətlərinin sayı və gəlirləri daha artıqdır, amma Rusiya bu mövzuda ictimaiyyətə geniş məlumat vermir. Üstəlik Rusiya şirkətləri də istehsal etdikləri məhsulların əksəriyyətini elə Rusiya ordusuna satırlar.
Analitiklərin fikrincə, 2024-cü ildə Rusiya fəal şəkildə sursat, zirehli texnika, artilleriya, raketlər və pilotsuz uçuş aparatları (PUA) istehsal edib. Məsələn, 2024-cü ildə 2022-ci illə müqayisədə 420% daha çox 152 mm-lik artilleriya mərmisi istehsal edib: 250 000 ədədə qarşı 1,3 milyon ədəd.
Çinin 8 silah şirkətinin silah satışından əldə etdiyi ümumi gəlir 10% azalaraq 88,3 milyard dollara (qlobal gəlirin 13%-i) çatıb. Azalmanın səbəbi bu şirkətlərdə yaranmış korrupsiya qalmaqallarıdır. 8 şirkətin 6-da rüşvət qalmaqalı olub. Nəticədə satış müqavilələrinə yenidən baxılıb, satışlan gecikib və gəlirlər azalıb. Ən böyük Çin istehsalçısı olan «AVIC», hərbi təyyarələrin tədarükünün yavaşlaması səbəbindən gəliri 1,3% azalsa da, dünyada səkkizinci yerdə qərarlaşıb. Yerüstü müdafiə sistemlər iistehsalçısı «NORINCO» (11-ci, -31%) Çin hökumətinin şirkətlə bir neçə əsas müqaviləni yenidən müzakirə etməsi və təxirə salması və rəhbərliyini dəyişdirməsi səbəbindən gəlirdə ən böyük azalma yaşayıb.
Cənubi Koreyanın dörd şirkətinin gəlirləri 31% artaraq 14,1 milyard dollara çatıb, Seul əvvəlki illərdə müəyyən edilmiş artım trendini qoruyub saxlayır. Cənubi Koreyanın təkcə «Hanwha Qrupu» silah satışından 8 milyard dollar qazanıb - 2023-dən 42% çox. Bu, özüyeriyən haubitsaların və çoxlu buraxılışlı raket sistemlərinin (MLRS) ixracının və daxili satışlarının artması ilə əlaqədardır.
Yaponiya şirkətləri də silah satışından milyardlar qazanıblar. 2024-cü ildə 5 şirkətin gəliri 40% artaraq 13,3 milyard dollara çatıb. Təkcə «Mitsubishi Heavy Industries» (32-ci yer) gəlirlərini 37% artıraraq 5 milyard dollara çatdırıb ki, bu da əsasən təyyarə və raket sistemlərinin satışı hesabına baş verib.
2024-cü ildə Yaxın Şərq şirkətləri də silah bazarında fəallaşıblar. Xəsusilə Qəzzadakı və Ukraynadakı müharibələr silah satışını bu regionda da artırıb. Hesabatda 3 İsrail şirkəti (16% artımla 16,2 milyard dollar) 5 Türkiyə şirkəti (11% artımla 10,1 milyard dollar) və BƏƏ-nin dövlətə məxsus «EDGE Group» konqlomeratı (2024-də gəliri 4,7 milyard dollar) yer alır.
Dünyada ən çox silah və hərbi avadanlıq satan 10 şirkət aşağıdakılardır:
2024-cü ildə ən çox silah istehsal edən 10 şirkət
1. «Lockheed Martin Corp» (ABŞ) — 64,6 milyard dollar (2023-ə nisbətən 3,2% artım).
2. «RTX» (ABŞ) — 43,6 milyard dollar (+4,1%).
3. Northrop Grumman Corp. (ABŞ) — 37,8 milyard dollar (+3,3%).
4. BAE Systems (Böyük Britaniya) — 33,7 milyard dollar (+6,9%).
5. General Dynamics Corp. (ABŞ) — 33,6 milyard dollar (+8,1%).
6. Boeing (ABŞ) — 30,5 milyard dollar (-4,6%).
7. Rostec* (Rusiya) — 27,1 milyard dollar (+26%).
8. AVIC (Çin) — 20,3 milyard dollar (-1,3%).
9. CETC (Çin) — 18,9 milyard dollar (-10%).
10. L3Harris Technologies (ABŞ) — 16,2 milyard dollar (+6,6%).










