Hazırda Azərbaycanda 15 özəl şirkət müdafiə sənayesi sahəsində lisenziya əsasında fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev bildirib. Onun sözlərinə görə, özəl şirkətlər dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar aparırlar.
Nazir bildirib ki, artıq bir sıra özəl şirkətlər dövlət sifarişi ilə məhsullar istehsal edərək Silahlı Qüvvələrə təhvil verilib.










