Mayın sonlarında Azərbaycanda tullantı yağlarından müxtəlif markalı baza yağları istehsal edən ilk müəssisənin qurulması üçün tikinti işlərinə başlanılacaq.
Azərbaycan İraqa boya - İXRAC EDİB
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Kom Servis” MMC-nin direktoru Afiyəddin Sadıqov deyib.
Onun sözlərinə görə, zavodun 5-6 ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye parkında tikiləcək zavodun fəaliyyətə başlaması üçün təxminən 15-16 milyon manat vəsait tələb olunur ki, bu məqsədlə kredit və şəxsi maliyyə vəsaitindən istifadə ediləcək.
A.Sadıqov qeyd edib ki, müəssisədə istehsal tullantısı olan mühərrik yağları təkrar emal olunacaq: “Avtomobillərdən çıxan, yağdəyişmə məntəqələrində olan tullantı yağlarını yenidən emal edərək 75 faizlik baza yağı əldə edəcəyik. Azərbaycanda bu formada yağ istehsal edən ilk müəssisə olacağıq. Hazırda baza yağları xaricdən idxal edilir, onların yerli bazarda istehsalı yoxdur”.
MMC direktoru əlavə edib ki, yeni zavoddda baza yağları ilə yanaşı, az miqdarda dizel və bitum da istehsal ediləcək. (Vergiler.az)