Balakəndə tikilən "BalaCans" MMC-nin meyvə emalı zavodunda hazırda son tamamlama işləri aparılır.
Eləcə də bax: Azərbaycanda $20,2 milyon dəyərində fındıq emalı fabriki - İstifadəyə Veriləcək
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ildə 1,5 milyon litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 16,1 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib.
Qeyd edilir ki, zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. (Marja)