Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.
Türkiyə kapitallı şirkətə Ağdam Sənaye Parkının rezidenti statusu verildi - 21 MİLYONA YAXIN SƏRMAYƏ
FED.az Agentliyə istinadən xəbər verir ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində istehsal gücü ildə 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodunun inşası nəzərdə tutulur.
İnvestisiya dəyəri 10,2 milyon manat olan layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.