Qrupa daxil “STP Metal Structures” şirkətində tikinti, sənaye habelə kənd təsərrüfatı obyektlərinə müxtəlif təyinatlı yüklərin daşınması zamanı istifadə olunan qoşqu və yarımqoşqular hazırlanır.
Bunlardan biri, ağır texnika və avadanlıqların daşınması üçün nəzərdə tutulan 3 oxlu “STP AYDY-60” markalı, 60 ton yükdaşıma qabiliyyətinə malik ağır yükdaşıyan yarımqoşqulardır.
Şirkət ümumilikdə il ərzində 100-ə yaxın bu tipli yarımqoşquların və onların dartıcılarının komplektləşdirilməsini təmin etmək gücünə malikdir. Sözügedən yarımqoşqunun öz çəkisi 15 ton, uzunluğu 15 metr, eni 3.5 metr, yükləmə hündürlüyü isə 1.3 metrdir.
Onu da qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Bakıda və Xankəndində təşkil olunan qələbə paradlarında hərbi texnikanın daşınması və nümayişi zamanı sözügedən yarımqoşqulardan istifadə olunub.
“STP Metal Structures” şirkətində təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşquları, yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzalar, səbətlər (STAQ – müxtəlif ölçülü 17, 22, 28) və kranlar da istehsal olunur.
Zavod istehsal ilə yanaşı istehsal etdiyi texnikalara texniki xidmət göstərərək təmir işlərini də həyata keçirir.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.