Oktyabrın 7-də Azərbaycan Tekstil Assosiasiyası (ATA) və Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) birgə təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı, “GiLTEX” və “Prime Cotton” şirkətlərinin sponsorluğu ilə “ITMF – Azərbaycan Tekstil Assosiasiyası Seminarı 2025” tədbiri keçiriləcək.
FED.az agentliyə istinadən xəbər verir ki, qanunvericilik islahatları, dayanıqlılıq və ixrac imkanlarının genişləndirilməsi kimi mövzuların müzakirə olunacağı seminarda dövlət qurumları, kommersiya şirkətləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbir sahibkarlara tekstil sənayesinin inkişafında iştirak etmək, beynəlxalq təcrübə və yeni tərəfdaşlıqlardan yararlanmaq imkanları yaradacaq.
Seminarda iştirak etmək istəyən sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/.