2023-cü ilin yanvar-noyabr aylarında "Azəralüminium" MMC 117,6 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azəralüminium" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 4-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 21,4 milyon dollar və ya 15,4% azdır.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində "Azəralüminium" MMC 139 milyon dollar dəyərində məhsul ixrac edib.