Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.
“Azon zavodu”nun direktoru dəyişib
FED.az xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.
O, vaxtilə nazirliyə məxsus "Alov Zavodu"nun direktoru olub.
Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın "M.U.P. İndustrie G.İ.E." konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur. (Report)