Azərbaycan və Türkiyə prezidentləri Naxçıvanda hərbi zavodun açılışında iştirak edəcək.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
“Modernizasiyasını həyata keçirdiyimiz hərbi qulluq və təmir zavodunun açılış mərasimində iştirak edəcəyik. Bu layihə də müdafiə sənayesindəki əməkdaşlığımıza töhfə verəcək”, - deyə o vurğulayıb. (Apa)