Azərbaycan və Litva arasında Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub.
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Litvanın “Dominari” şirkətinin nümayəndələri ilə görüşündə aparılıb.
Şirkət təmsilçilərinə Azərbaycanın əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Litva ilə iqtisadi tərəfdaşlığın inkişafı, biznes subyektləri arasında qarşılıqlı faydalı əlaqələrin, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər həmçinin işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi barədə müzakirələr aparıblar.