Fransa-Azərbaycan Ticarət və Sənaye Palatasının İdarə Heyətinə yeni üzv seçilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu Azərbaycanda bir sıra layihələrin rəhbəri olan Tatyana Mikayılovadır.
Eləcə də bax: Sabiq bank əməkdaşı MİDA-da yeni vəzifəyə - TƏYİNAT ALIB
Mikayılova dekabr ayndan başlayaraq artıq vəzifə icrasına başlayıb.
Bununla yanaşı o, həmçinin “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri “Eduatainment.az” kimi layihələrin təsisçisidir. 2009-cu ildə Red Communications şirkətini təsis edib. PR-ın tədrisi ilə məşğuldur.
Eləcə də bax: “Azərbaycan Sənaye Korporasiyası”nda - TƏYİNATLAR
Azərbaycan inşaat və memarlıq universitetini və London PR İnstitutunu bitirib. Ailəlidir, üç oğul anasıdır.