Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (“Bayraktar” - Qeyd) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.
"Ən yaxın zamanda “Akınçı” PUA-ları Azərbaycana təhvil veriləcək"
FED.az xəbər verir ki, yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir.
Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.
Qeyd edək ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib. (Oxu.az)