Prezident İlham Əliyevin bu gün nizamnaməsini təsdiqlədiyi İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyəti olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək.
Şuranın 4 üzvü İqtisadiyyat Nazirliyinin, 3 üzvü isə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərişıq” ASC-nin və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 üzvü var. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədrini və sədr müavinini iqtisadiyyat naziri Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edir.