Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo” beynəlxalq sərgisi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Tatarıstan Respublikasının Sənaye Klasteri arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənaye zonalarında 66 müəssisə - İstehsal Fəaliyyətinə Başlayıb
FED.az xəbər verir ki, sənədə əsasən hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq əlaqələrinin qurulması və sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, biznes səfərlərin təşkili, qarşılıqlı maraq doğuran layihələrin işlənilməsi nəzərdə tutulur.
Memorandum İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev və Tatarıstan Respublikasının Sənaye Klasterinin İdarə Heyətinin sədri Sergey Mayorov tərəfindən imzalanıb.
Qeyd edək ki, “Russia Halal Expo” sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edən sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır. (Azərtac)