Rezidentlər tərəfindən indiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb.
“Araz Vadisi İqtisadi Zonası”na 32,6 milyon manat investisiya yatırılması planlaşdırılır” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov deyib.
Bildirilib ki, digər rezidentlər tərəfindən hazırda Sənaye Parkında tikinti-quraşdırma işləri aparılır. Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32,6 milyon manat investisiyanın yatırılması, 420-dən çox iş yerinin yaradılması planlaşdırılır. Sənaye Parkında hazırda bir müəssisə fəaliyyət göstərir.