Azərbaycan istehsal olan “SİQR” pilotsuz quru robotu ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.
FED.az xəbər verir ki, çəkisi 950 kiloqram olan robot silah daşıma, yaralıların təxliyəsi və yükdaşıma məqsədilə istifadə olunur.
MSTİM şirkətinin istehsalı olan robot 4 növdə hazırlanıb.
Robot saatda 10 kilometr sürətlə hərəkət edə bilir və gecə-gündüz görüntüləmə kameraları ilə təchiz edilib.












