Sənaye

"Hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir"

"Hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir" | FED.az
11:39 13 Fev 2019

Azərbaycanda hasilat sahəsində şəffaflığın təmin olunması çox vacibdir.

FED.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib.

O bildirib ki, benefisiarlar, şirkətlərə və hüquqi şəxslərə nəzarət edən şəxslər barədə məlumatların açıqlanması qanunsuz pul dövriyyəsi, kölgə iqtisadiyyatının qarşısını alacaq.

Fond rəsmisinin sözlərinə görə, dünyada hasilat sahələrində şəffafllığın təmin olunması tendensiyaları artır və Azərbaycan da bu təşəbbüsə qoşulub.

Ş.Mövsümov, həmçinin Asiya İnkişaf Bankının (AİB) rolunu vurğulayaraq qeyd edib ki, bu cür nüfuzlu maliyyə institutunun dəstəyi çox vacibdir.

Digər xəbərlər

Banner