Ölkənin ən qədim spirtli içki istehsalçısı olan, yerli və xarici bazarda etibarlı istehsalçı kimi tanınan Göygöl Şərab Zavodu 2024-cü ildə ixrac potensialının daha da genişləndirilməsini hədəfləyir.
FED.az xəbər verir ki, zavodun istehsal etdiyi məhsullar bu gün Almaniya, Rusiya, Belarusiya, Latviya, Polşa, Yaponiya və Çin kimi ölkələrə ixrac olunur və populyarlıq qazanır. Qeyd edək ki, hazırda zavodun şərab, araq, konyak və şampan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, eləcə də Azərbaycan məhsullarının dünyanın müxtəlif ölkələrində tanıdılması məqsədilə bir sıra Avropa və Cənubi Amerika ölkələri ilə danışıqlar aparılır. Müəssisənin hədəfi məhsulların yüksək keyfiyyət standartları və unikallığını qorumağa yönəlmişdir ki, bu da istehsal və ixrac istiqamətində inamla rəqabət aparmağa imkan verir.
Xatırladaq ki, 160 ildən artıq tarixə malik Göygöl Şərab Zavodunun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.