Maliyyə naziri Samir Şərifov Azərbaycanda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lo Merinun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər müzakirə olunub.
Eləcə də bax:Azərbaycan ilk dəfə bu məhsulu - YAPONİYAYA İXRAC EDİB
Fransalı nazir deyib ki, Azərbaycan Cənubi Qafqazda ölkəsinin əsas tərəfdaşıdır.
Görüşün yekunu olaraq "Azərbaycan Dəmur Yolları" QSC (ADY) ilə Fransanın “Alstom” şirkəti arasında müqavilə imzalanıb. Sənəd Azərbaycanın lokomotiv parkına texniki dəstəyin göstərilməsini əks etdirir.
Müqaviləni ADY-nin sədri Cavid Qurbanov və “Alstom”un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.