Cümə axşamı günü TotalEnergies bildirib ki, Fransanın cənub-qərbində 160 GVt/saata qədər gücü olan və dünyada ən böyük olan bioqaz zavodunu işə salıb.
Fransada yanacaq satışına limit - TƏTBİQ EDİLİB
FED.az xəbər verir ki, BioBéarn adlanan və Pau (Po) şəhəri yaxınlığında yerləşən zavod əsasən qarğıdalı emalının üzvi tullantıları ilə işləyir. Bu, TotalEnergies-in 18-ci bioqaz qurğusudur.
2023-cü ildə zavod 69 GVt/saat enerji istehsal edəcək və hasilatı artırmaqda davam edəcək.
Zavodun işə salınması Fransanın ölkənin enerji kompleksində bərpa olunan enerji mənbələrinin payının artırılması, habelə Rusiyadan azalan təbii qaz tədarükünü əvəz etmək strategiyasının bir hissəsidir.
TotalEnergies-in bioqaz layihələri üzrə direktoru Olivier Guerrininin sözlərinə görə, yeni stansiya şirkətə bioqaz istehsalını 700 GVt/saata çatdırmağa imkan verəcək. 2030-cu ilə qədər şirkət 20 TWh istehsal etməyi planlaşdırır. (Marja)