Fransanın cənub regionlarında yanacaq satışına limit tətbiq edilib.
Eləcə də bax: Avropada qaz anbarları 90% dolub – QAZIN QİYMƏTİ ÇÖKDÜ
FED.az xəbər verir ki, Var, Voklüz və Yuxarı Provans Alpları departamentlərində hər avtomobilə maksimum 30 litr yanacaq verilir. Məqsəd mümkün qədər çox sürücüyə yanacaq satmaqdır. Bundan başqa, bidonlarla yanacaq alınmasına icazə verilmir. İctimai nəqliyyat, polis, təcili yardım və yanğınsöndürən avtomobillərin yanacaq təchizatında limit tətbiq edilmir.
Qeyd edək ki, “TotalEnergies” şirkətinin 10 gündən çox davam edən tətili Fransada ciddi yanacaq böhranına səbəb olub. (Apa)