Dünya Bankı ehtiyac yaranacağı təqdirdə hər zaman Cənub Qaz Dəhlizinə dəstək verməyə hazırdır.
Bunu müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
M.Tembon bildirib ki, Cənub Qaz Dəhlizi fantastik layihədir və Dünya Bankı bu layihəni maliyyələşdirən beynəlxalq maliyyə institutlarından biri olmaqdan şaddır.
Bununla belə, regional direktorun sözlərinə görə, bu gün Azərbaycanın texniki yardıma daha çox, maliyyə dəstəyinə isə daha az ehtiyacı var:
"1992-ci ildə Azərbaycan Dünya Bankına üzv olanda bu qədər inkişaf etməmişdi və ölkənin böyük sərmayələrə ehtiyacı var idi. Ancaq zaman keçdikcə görürük ki, maliyyə dəstəyinə ehtiyac azalıb”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet layihələrdən biridir və 10 milyard kubmetr Azərbaycan qazının Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.