Ağdam Sənaye Parkında daha 2 şirkətə rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.
Eləcə də bax: Ağdam Sənaye Parkında reallaşdırılmaq üçün 10-dan çox layihəyə baxılır - FOTO
FED.az İqtisadiyyat naziri Mikayıl Cabbarovun Tvitter səhifəsinə istinadən xəbər verir ki, “Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulataların istehsalı ilə məşğul olacaq.
İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək.