Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb.
Şirkət Azərbaycanda kartona olan tələbatın 30%-ni ödəyəcək
FED.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, mu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.
Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.
Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.