Dünya Bankı 2021-ci ildə Azərbaycanda sənaye istehsalının 2,8% artacağını proqnozlaşdırır.
Eləcə də bax: Dünya Bankı Azərbaycan üzrə inflyasiya proqnozunu - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında bildirilir. Qeyd olunub ki, 2022-ci ildə sözügedən sektorda böyümə tempi artaraq 3,3% təşkil edəcək, 2023-cü ildə isə 2%-dək yavaşlayacaq.
Qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyası fonunda Azərbaycanda 37,059 mlrd. manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da 2019-cu il ilə müqayisədə 5% azdır. 2021-ci ilin yanvar-fevral aylarında isə Azərbaycanda 7,091 mlrd. manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır. (Apa)