Pirallahı Sənaye Parkında yeni rezidentlərin fəaliyyətə başlaması gözlənilir.
Eləcə də bax: Gəncədə sənaye parkı - YARADILA BİLƏR
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, Pirallahı Sənaye Parkı daha çox tibbi və əczaçılıq sənayesi üçün nəzərdə tutulduğundan burda səhiyyə sistemində aparılan islahatlardan asılıdır: “Burada institusional yanaşma olmalıdır, biz səhiyyə şirkətlərini gətirib, müəssisə açmaqla problemi köklü şəkildə həll edə bilmərik. Burada klinik testlərin keçirilməsi, eyni zamanda tədqiqat və inkişaf mərkəzlərinin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır ki, beynəlxalq farm korporasiyaları maraq göstərsinlər, bu istiqamətdə Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə bigrə ciddi işlər aparır. Ümid edirəm ki, yaxın zamanda Pirallahı Sənaye Parkında müəssisələrin sayı artmaqda davam edəcək”.
Xatırladaq ki, Pirallahı Sənaye Parkı “Pirallahı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli nömrəli sərəncamı ilə yaradılıb. Parkda 100 iş yeri yaradılıb, yatırılmış investisiyalanın həcmi isə 45 milyon ABŞ dolları dəyərindədir. (Report)