“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə birgə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycan karbamidinin konteynerlərdə Türkiyəyə ilk nəqlini həyata keçirib.
Eləcə də bax: Rövnəq Abdullayev Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçilib
Şirkətdən FED.az-a bildirilib ki, konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı “BGN” şirkətidir.
Nəql “SOCAR Karbamid” zavodunda palletlərdəki karbamid dolu kisələrin konteynerlərə yüklənməsi yolu ilə həyata keçirilib. Yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilib.
.