Vaxtilə Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan «Bakı elektronştamp» zavodu növbəti ili satışsız və zərərləf başa vurub.
Eləcə də bax: Ağdam Sənaye Parkına 50 mln. manatdan çox - İNVESTİSİYA YATIRILACAQ
FED.az müəssisənin 2021-ci ilin yekunları üzrə hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə olduğunu kimi, ötən il də müəssisənin heç bir satışı və ya gəliri olmayıb.
Əvəzində 195 min manat inzibati xərcləri olub. Nəticədə müəssisə ili 195 min manat xalis zərərlə başa vurub.
2021-ci ildə «Bakı elektroştamp» ASC-nin aktivləri 150 min manat və ya 7% azalaraq 2 milyon 225 min manatdan 2 milyon 70 min manata enib. Hesabata görə ilin sonunda şirkətin kassasında cəmi 575 manat pul olub.
Şirkətin nizamnamə kapitalı 900 min manatdır, əvvəlki illərdə yığılan 1 milyon 130 min manat mənfəətin hesabına kapital 2 milyon 30 min manatadək artıb. Amma müəssisə hər il zərər etdikcə, yığılan mənfəət və şirkətin kapitalı da azalır.
Bunlardan başqa, «Bakı elektroştamp» ASC-nin 40 min manat borcu da var. Bu borc 2021-ci ildə yaranıb.