Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 12,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % az sənaye məhsulu istehsal edib.
Hacıqabul Sənaye Məhəlləsində - İLK İXRAC
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,8 % artıb.
Sənaye məhsulunun 73,2 %-i mədənçıxarma sektorunda, 21,5 %-i emal sektorunda, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 % azalmış, əmtəəlik qaz hasilatı isə 0,9 % artıb.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 67,1 %, əczaçılıq məhsullarının istehsalı 59,4 %, kağız və karton istehsalı 46,4 %, tikinti materiallarının istehsalı 35,1 %, tütün məmulatlarının istehsalı 34,7 %, elektrik avadanlıqlarının istehsalı 25,8 %, toxuculuq sənayesi məhsullarının istehsalı 25,6 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,9 %, içkilərin istehsalı 17,9 %, geyim istehsalı 17,3 %, qida məhsullarının istehsalı 12,7 %, maşın və avadanlıqların istehsalı 10,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 4,9 % artıb, mebel istehsalı 1,3 %, hazır metal məmulatlarının istehsalı 4,2 %, neft məhsullarının istehsalı 6,4 %, kimya sənayesi məhsullarının istehsalı 17,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 23 %, metallurgiya sənayesi məhsullarının istehsalı 35,4 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 54,4 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 % artıb. (Report)