Bu ilin yanvar ayında Azərbaycanda 207,8 kq qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 28,4 kq və ya 12,0% azalıb.
2025-ci ilin yanvar ayında bu göstərici 236,2 kq təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 103,6 kq təşkil edib ki, bu da illik müqayisədə 103,8 kq və ya 2 dəfə azdır.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 207,4 kq olub.
Bu dövrdə Azərbaycanda 329,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 46,0 kq və ya 12,2% azama deməkdir.
2025-ci ilin yanvar ayında bu göstərici 375,8 kq təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 550,4 kq təşkil edib ki, bu da illik müqayisədə 75,5 kq və ya 12,1% azdır.
Ötən ilin eyni dövründə hazır gümüş ehtiyatı 625,9 kq olub.
Bununla yanaşı hesabatd ayında Azərbaycanda mis konsentratı istehsalı 1 117,2 ton və ya 6,1 dəfə artaraq 1 337,5 tona çatıb. 2025-ci ilin yanvar ayında bu göstərici 220,3 ton təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 2 938,2 ton təşkil edib ki, bu da illik müqayisədə 2 839,7 ton və ya təxminən 30 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır mis konsentratı ehtiyatı 98,5 ton olub.











