Azərbaycanda investisiya dəyəri 12 milyon manat olan avadanlıqların istehsalı zavodu işə salınıb.
Eləcə də bax: Azərbaycanda daha bir şirkət tara istehsalına - Başlayıb
“Elberg” şirkəti Hacıqabul Sənaye Məhəlləsində tikinti materialları üçün avadanlıqların istehsalı zavodunu işə salıb.
“Zavodda tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal ediləcək”, - deyə müəssisənin direktoru Mais Qasımov bildirib.
Onun sözlərinə görə, zavoda 12 milyon manat sərmayə yatırılıb.
“Müəssisədə Türkiyə, Yaponiya və Finlandiya istehsalı olan avadanlıqlar quraşdırılıb. Burada 100 yeni iş yeri yaradılıb”, - deyə Qasımov qeyd edib.
Şirkətə investisiya təşviqi sənədi də verilib.
“Elberg” MMC “Mətanət-A” şirkətinin strukturuna daxildir. (İnterfaks)