Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.
Eləcə də bax: 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabulda - İstehsal Edəcək
FED.az xəbər verir ki, Prezident İlham Əliyev zavodun açılışında iştirak edib.
Prezident İlham Əliyev: Tələbat nə qədərdir?
Sahibkar: Bizdə tələbat 500 ton arasındadır. Ölkədə tələbat böyükdür.
Prezident İlham Əliyev: Bizim tara istehsal edən bir şirkət də var. Mən onların müəssisələrində də olmuşam.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Qeyd edək ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur.