Ağdam Sənaye Parkının digər yeni rezidenti “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 1 hektarında divar kağızlarını istehsal edəcək müəssisə inşa olunacaq.
Eləcə də bax: Bakı ətrafında 26 milyon manata - YENİ ZAVOD AÇILIR - 80 YENİ İŞ YERİ
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 76 nəfər daimi işlə təmin olunacaq.
Müəssisədə istehsal olunan məhsullarin daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. (Marja)