Azərbaycan yaxın gələcəkdə Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək.
Pakistan bir sıra Azərbaycan məhsullarına tarifləri aşağı salacaq, satışını təşviq edəcək
FED.az xəbər verir ki, bunu Pakistanın İnformasiya Naziri Atta Tərar yerli KİV-ə müsahibədə bildirib.
"Azərbaycan yaxın gələcəkdə Pakistandan “JF-17 Thunder" qırıcılarının ilk partiyasını qəbul edəcək. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, - A.Tərar qeyd edib.
Pakistanlı nazir həmçinin bildirib ki, Azərbaycan Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərib və ölkəyə 2 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır.
Qeyd edək ki, “JF-17 Thunder” Pakistan və Çin tərəfindən birgə hazırlanan yüngül, çoxtəyinatlı reaktiv döyüş təyyarəsidir. Təyyarə təkmühərrikli quruluşa və hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir. (Trend)