Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil.
"Azərbaycan Pakistanda layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır"
FED.az xəbər verir ki, bunu mətbuata bəyanatlar zamanı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.
"Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir", - Məhəmməd Şahbaz Şərif əlavə edib.
Pakistan İslam Respublikasının Baş naziri qeyd edib ki, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər: "Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik".