Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 13,627 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib.
Eləcə də bax: Azərbaycan ötən il ən çox hansı ölkələrə məhsul satıb? - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki,Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.
Ötən ay Türkiyənin ümumi avtomobil sənayesi məhsulları ixracının dəyəri isə illik müqayisədə 1,6% az – 2 230,189 milyon dollar təşkil edib. Qonşu ölkənin avtomobil sənayesi məhsullarının ən böyük idxalçıları Almaniya (324,680 milyon dollar, 1,1% çox), Böyük Britaniya (268,160 milyon dolar, 33,6% çox) və Fransa (182,112 milyon dollar, 40,3% az) olub.