Sabah Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib.
Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib: “2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət kəsb edir. Keçən il bu dəhlizlə yük daşımaları 10 dəfədən çox artıb. Gələn ilin sonuna qədər Bakıdan İranla sərhədə qədər olduğu kimi, Rusiya ilə sərhədə qədər də yeni avtomobil yolu istifadəyə veriləcək. İran sahibkarları yüksək səviyyəli infrastrukturdan istifadə edib yüklərini daşıya biləcəklər".
Eləcə də bax: Maşını xaricə aparıb 2 ilə ölkəyə qaytarmaq tələbi ləğv olunur