Sumqayıt Kimya Sənaye Parkından ilk dəfə olaraq İrlandiyaya şəffaf şüşə vərəqələrin ixracına başlanılıb.
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ilkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib.
Qeyd edək ki, Parkın ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələri istehsal olunur. Xatırladaq ki, vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.