Sənaye

Azərbaycan ilk dəfə bu məhsulu - YAPONİYAYA İXRAC EDİB

Azərbaycan ilk dəfə bu məhsulu - YAPONİYAYA İXRAC EDİB | FED.az
10:47 29 İyul 2019

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə birgə Azərbaycan ferroərintisinin Yaponiyaya ilk nəqlini həyata keçirib.

FED.az xəbər verir ki, ilk partiyanın alıcısı Tokioda fəaliyyət göstərən “Hanwo Co. Ltd.”dir.
Eləcə də bax:Bakıda yeni aparatlar quraşdırılacaq: plastik qabı at, pul qazan - VİDEO

Qırx ton çəkisi olan ilk partiya 2 ədəd 20 futluq konteynerə yüklənərək “ADY Konteyner” MMC-nin balansında olan Sumqayıt terminalından Gürcüstanın Poti limanına yola salınıb. Konteynerlər Potidə gəmiyə yüklənərək dəniz yolu ilə Yaponiyanın Yokohama limanına çatdırılacaq.

Digər xəbərlər