“Azəralüminium” MMC Sumqayıt Texnologiyalar Parkı ilə kooperasiya əlaqələrinin yaradılması nəticəsində alüminium xəlitələrdən silindrik pəstahların istehsalına başlayıb.
“Azərbaycan Sənaye Korporasiyası”ndan FED.az-a daxil olmuş məlumata görə, həmin məhsulların sınaq partiyasının müasir dünya standartlarının tələblərinə uyğunluğu avropalı mütəxəssislər tərəfindən təsdiq edildikdən sonra, ümumilikdə 6000 ton məhsul istehsala buraxılıb və bunun 12 milyon ABŞ dolları dəyərində olan 5700 tonu Avropa bazarlarına ixrac edilib.
Eləcə də bax: Azərbaycanda alüminium külçə qəliblərinin - İSTEHSALINA BAŞLANILIB
Müəssisənin tarixində ilk dəfə olaraq, ABŞ-a 2100 ton məhsul ixrac edilib.
2020-ci ildə ABŞ-a 33 milyon ABŞ dolları dəyərində alüminium məhsullarının satışı üzrə müqavilələr bağlanıb.