Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 881 minik avtomobili istehsal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 411 avtomobil və ya 18% azalıb.
Xatırladaq ki, 2025-ci ilin ilk 7 ayında ölkədə 2 min 292 minik avtomobili istehsal edilmişdi.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində cari ilin yanvar-iyul aylarında 248,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4% artıb, maşın və avadanlıqların istehsalı isə 73,5% azalıb.












