SOCAR bu ilin sonunadək Azərbaycanda sıxılmış qaz məntəqələrinin sayını 14-ə çatdırmaq niyyətindədir. FED.az xəbər verir ki, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda SOCAR-ın sıxılmış qaz məntəqələrinin sayı 9-dur: "Bu il məntəqələrin sayını 14-də çatdırmağı planlaşdırırıq, lakin, faktiki bu göstəricinin 12-13-ə çatacağı gözlənilir".
D. Məmmədov onu da qeyd edib, 2020-ci ildə iki sıxılmış qaz terminalının (biri Bakıda, digəri regionda) tikintisi planlaşdırılır.
Şirkətin əsas məqsədlərindən biri də ölkədə nəqliyyat istiqamət edən ərazilərdə hər 100 km-dən bir sıxılmış qaz və elektrik doldurma məntəqələrinin təşkilidir.