“Məlumdur ki, plastik cərrahlarla bağlı xüsusi təftiş komissiyası yaradılıb, bu komissiyanın işi nəticəsində ölkə ərazisində plastik, estetik cərrah kimi fəaliyyət göstərən 42 cərrah müəyyən edilib”.
Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu siyahıdan kənarda qalan digər cərrahlar üçün öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları etməyə icazə verilib: “Bu məsələ qanun çərçivəsində həllini tapıb”. (Apa)